Payız fəsli

Yer günəş sistemində özünəməxsus xüsusiyyətləri ilə seçilən planetdi. Yerdə həyatın mövcudluğu , daxili və xarici təbəqələrin cazibə qüvvəsinin olması onu fərqləndirən başlıca xüsusiyyətlərdəndi.  Planetin daim öz oxu ətrafında və eyni zamanda Günəşin ətrafında fırlanması nəticəsində gecə-gündüz , vaxt vahidi , atmosfer sirkulyasiyası , ritmik hadisələr yaranır, günəş planetin müxtəlif hissələrini, şimal və cənub yarımkürələrini fərqli olaraq işıqlandırır. Hər iki yarımkürə eyni dərəcədə işıqlandıqda isə burada payız yaxud da yaz fəsli olur. İnsanların həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun da nəticəsində bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də, Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 23-də payız fəsli başlayır. Həmin gündə həm də payız gecə-gündüz bərabərliyi yaşanır  və sutka yarı –yarıya hər birinə 12 saat olmaqla bölünür. Bu zaman günəş ekvator üzərində nəzarətdə olduğundan şimal və cənub yarım kürələri bərabər işıqlanır. 23 sentyabrdan sonra Günəş cənub yarımkürəsinə doğru hərəkət edir. Şimal hissədə gecələr uzanmağa , gündüzlər isə qısalmağa başladığı halda cənubda bunun əksi olur. 21 dekabra qədər davam edən payız fəsli yay ilə qış arasında keçid mövsümüdü. Bu zaman  havaların yavaş-yavaş soyuması və qeyri-stabil keçməsi insan səhhəti üçün problemlər  yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi