Gənclər Evində "Qırılan ömürlər"adlı sosial-psixoloji sənədli filimin təqdimatı keçirildi
4 noyabr 2017-ci il tarixində Sabunçu Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təkan" Tələbə Gənclərin İctimai Birliyi tərəfindən "Qırılan ömürlər"gənclər arasında özünəqəsdin sosial-psixoloji amilləri mövzusunda çəkilmiş sənədli filmin təqdimatı keçirildi.Təqdimatda Sabunçu rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişdilər.Tədbiri giriş sözü ilə Sabunçu Gənclər Evinin metodisti Orxan Daşdəmirov açaraq toplaşmağın məqsəd və məramını iştirakçıların nəzərinə çatdırdı.