Sabunçu rayonunda “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində sonuncu səyyar kitabxana təşkil olundu.
Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 5 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq 3-6 oktyabr 2017-ci il tarixlərində “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində məktəbimizə qonaq gələrək şagirdlərə müxtəlif kitablar hədiyyə etmişlər.