5 oktyabr Beynəlxalq Müəllimlər Günü

Bu gün məktəbimizdə 5 oktyabr Beynəlxalq Müallimlər Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbimizin direktoru Rahim müəllim kollektivi bayram münasibəti ilə təbrik etdi və işlərində müvəffəqiyyətlər arzuladı . Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavinimiz Pərvanə müəlliməyə Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən təqdim olunmuş fəxri fərmanla təltif olundu. Məktəbin şagirdləri müəllimləri şeir, rəqs və musiqi parçaları ilə təbrik etdilər.5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi