Məktəbimizdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.1950-ci ildə BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni Uşaqların Müdafiəsinə həsr etmək qərara alınıb.Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb.Dövlətimizdə uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı.Ölkəmizdə uşaqlara qayğı hər zaman artır.Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ili "Uşaq ili" elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi