Azərbaycanın təbii sərvətlərinə aid keçirilmiş açıq dərs.

26.04.2017-ci tarixində "Ekologiya aylığı " ilə əlaqədar məktəbimizin coğrafiya müəlliməsi Əhmədova Məlahət " Azərbaycanın təbii sərvətləri" mövzusunda təlim dərsi keçirmişdi.Dərs Azərbaycanın himni ilə başladı.Müəllimə "Azərbaycanın sərvətləri haqqında məlumat verərək bildirdi ki,ölkəmizin sərvətləri çox genişdir.Əsrarəngiz təbiətə malik ölkəmizin müxtəlif faydalı qazıntılari- nefti,qazı,qızılı, və.s ehtiyyatları var.Təlimdə şagirdlərin faydalı qazıntılar haqqında bildikləri məlumatlar dinlənildi.Həmçinin ölkəmizin iqlim tipləri,torpaq ehtiyatı,meşə resursları,onun su ehtiyatları haqqında məlumatlar verildi.Müəllimə bildirdi ki,məqsəd bu resursları düzgün və səmərəli istifadə etməkdir ki,gələcək nəsillərdə bu ehtiyatlardan yararlana bilsinlər.Vətənimizi tanımaq,onu mühafizə etmək hər birimizin borcudur.Sonda "Təbiətin qorunması" barədə məlumat verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi