Pedaqoji şuranın iclası keçirildi
Pedaqoji şuranın iclası keçirildi
Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq noyabrın 17-də 2023/2024-cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, qərara alınmışdır ki, növbəti günlərdə metodbirləşmə iclasları keçirilsin və ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.