Metodiki Şuranın iclası keçirildi
Metodiki Şuranın iclası keçirildi
Noyabrın 16-da məktəbdə Metodiki Şuranın növbəti iclası keçirildi. İclasda iştirak edən məktəb direktoru, təlim-tərbiyə işlər üzrə direktor müavinləri və fənn metodbirləşmə rəhbərləri məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, fənn aylıqlarının təşkili məsələlərinə toxundular.