Qrant layihəsinin təqdimatı keçirilib

Qrant layihəsinin təqdimatı keçirilib

Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin nəticələrinə əsasən “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə məktəbimizin qalib olmuş "Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin 74 nömrəli tam orta məktəbdə təqdimatı keçirilib.

Layihənin qaydalarına uyğun olaraq yaradılacaq debat klublarından biri də 74 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Layihənin təqdimatında layihə rəhbəri - 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , 74 nömrəli tam orta məktəbin direktoru - Murad Zeynalov , məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib. Layihə haqqında şagirdlərə ətraflı təqdimat edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi