Qrant layihəsinin açılış mərasimi keçirilib

Qrant layihəsinin açılış mərasimi keçirilib

Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin nəticələrinə əsasən “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə məktəbimizin qalib olmuş "Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin açılış mərasımi keçirilib.

Açılışda layihə rəhbəri - 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , Azərbycan Gənc Müəllimlər Assosiasiyasının sədri - Rüfət Əsədzadə, Debat Vətəndaş Cəmiyyəti (DVC) İctimai Birliyinin sədr müavini - Əli İsgəndərli, 280 nömrəli tam orta məktəbin direktoru - Nəsimi Quliyev , 284 nömrəli tam orta məktəbin direktoru - Xalid Alıhüseynov , 44 nömrəli tam orta məktəbin direktoru - Əzizə Abbasova , məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri layihə haqqında ətraflı təqdimat edib. Qonaqlar layihə və qrant layihələr haqqında fikirlərini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi