Reproduktiv sağlamlıq mövzusunda valideynlərlə söhbət aparıldı
Reproduktiv sağlamlıq mövzusunda valideynlərlə söhbət aparıldı
Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər silsilə şəkildə davam etdirilir. Bu məqsədlə valideynlərlə görüş keçirilib. Məktəbin psixoloqları - Hüseynova Gülnarə və Axundova Adilə, eyni zamanda tibb bacısı Zeynalova Xədicə valideynlərlə "Reproduktiv sağlamlıq və yeniyetməlik dövründə cinsi tərbiyə" mövzusunda söhbət aparıb.Daha sonra valideynlərin mövzu ilə bağlı fikirləri dinlənilib.