"Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirilib

"Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirilib
Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə BŞTİ-nin müvafiq əmrinə əsasən "Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirilib.
Fərqlənən şagirdlərin hazırladığı hekayələr şəhər mərhələsinə təqdim ediləcək.