Xarici dillər aylığı çərçivəsində siniflər arasında viktorina keçirilib
Xarici dillər aylığı çərçivəsində siniflər arasında viktorina keçirilib
Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Oktyabr ayı məktəbdə xarici dillər aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq 18 oktyabrda 7ç və 7d sinifləri arasında viktorina keçirilib.