Bu gün Füzuli Şəhəri Günüdür
Bu gün Füzuli Şəhəri Günüdür
Məktəbin Fəaliyyət Planına uyğun olaraq Füzuli Şəhəri Günü qeyd olunub. Azərbaycan dili müəllimi Leyla Şərifova bu mövzuya həsr edilmiş dəyirmi masa təşkil edib.
Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib.