"Uşaq Hüquqları Konvensiyası" izah olundu
"Uşaq Hüquqları Konvensiyası" izah olundu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2022-ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. "Uşaq hüquqları aylığı" çərçivəsində oktyabrın 12-də məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə seminar təşkil olundu. Seminarda şagirdlərə məktəbin UBTR K.Əliyeva tərəfindən Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumart verildi. Şagirdlərin bu barədə fikir və düşüncələri dinlənildi.
Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.