"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideynin məktəbdə bir günü" layihəsi keçirilir
"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideynin məktəbdə bir günü" layihəsi keçirilir
Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması və BŞTİ- nin 18.04.2023-cü il tarixli müvafiq əmrinin icrasının təmin edilməsi məqsədilə mayın 15-də Bakı şəhəri 169 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Tədbirin rəsmi hissəsini məktəbin direktoru Namiq İbadov açaraq təhsil müəssisəsi haqqında təqdimatla çıxış edərək 2022-2023-cü tədris ilində görülmüş işlərin hesabatını verdi. Valideynlərin rəy və təklifləri dinlənildi. Sonra valideynlər məktəbin birinci mərtəbəsində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular. Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında bədii hissə təqdim olundu. Həmçinin məktəbin psixoloqları Adilə Axundova və Gülnarə Hüseynova çıxış edərək valideynləri maraqlandıran sualları cavablandırdı. Valideynlər məktəbdən xoş təəssüratlarla ayrıldılar