Ekskursiya- dərs təşkil edilib
Ekskursiya- dərs təşkil edilib
Bu gün danılmaz faktdır ki, Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində şagirdlər bir çox mühüm bilik və bacarıqları oxuduqları məktəbdə dərs zamanı alır. Sinif otağında aldıqları bilik və bacarıqlar şagirdlər üçün bəzən cansıxıcı, bəzən anlaşılmaz, bəzən də maraqsız ola bilir.
Sinif otağında keçilən standart dərslər zamanı şagirdlərdə idrak fəallığına nail olmaq mümkündür. Qeyri-standart dərslərdə isə şagirdlər həm idraki fəaliyyətdə, həm müxtəlif insanlarla ünsiyyətdə olur, həm də motorik fəaliyyətdə olaraq bildiklərini bacarıq və vərdişlərə çevirmək imkanı əldə edir.
Təlim prosesinin təşkilinin köməkçi forması olaraq ekskursiya-dərslərin dərs ili ərzində 1 və ya 2 dəfə keçirilməsi şagirdlərdə tədris əməyinə marağı artırar. Ümumilikdə isə şagirdlərin mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafı istiqamətində effektiv təsir gücünə malikdir.
7c sinfində Biologiya fənni üzrə "Quşlarla ünsiyyət" mövzusunda ekskursiya-dərs təşkil edilib