Pedaqoji Şuranın növbəti iclası keçirilib
Pedaqoji Şuranın növbəti iclası keçirilib
Pedaqoji Şuranın İllik Fəaliyyət Planına uyğun olaraq 27 aprel 2023-cü il tarixdə iclas keçirildi .
İclasda gündəlikdə duran əsas məsələlər - 1. Fevral , mart , aprel aylarında Pedaqoji kollektiv tərəfindən görülən işlərin müzakirəsi
2. 1-4-cü siniflərdə tədris işinin təşkili və vəziyyəti, monitorinqlərin nəticələri
3. 5-11-ci siniflərdə monitorinqlərin nəticələrinin müzakirəsi, jurnalların yazılması , proqram materiallarının yerinə yetirilməsi vəziyyəti
4. XI sinif buraxılış imtahanlarının hesabatı və müzakirəsi
5. Fevral, mart , aprel aylarında müəllim və şagirdlərin nizam-intizam qaydalarının və dərsə davamiyyətin
nəticələrinin müzakirəsi
6. Şagird davranış qaydaları haqqında müzakirə ( davranış jurnalında qeyd olunan halların müzakirəsi)
7. Mart ayında məktəbdaxili əmrlə keçirilən monitorinqlərin hesabatı barədə direktor və müavinlər, məktəb psixoloqları hesabatla çıxış etdilər.
Fənn metodibirləşmə rəhbərlərinin hesabatları dinlənildi.
Qarşıda duran məsələlər barədə müvafiq tapşırıqlar verildi.