Fənn aylıqlarının keçirilməsi davam edir
Fənn aylıqlarının keçirilməsi davam edir
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə texnologiya-təsviri incəsənət - musiqi fənn aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Aylığın tədbirlər planına uyğun olaraq 25 aprel tarixində ibtidai sinif müəllimi Mehdiyeva Məryəm 1e sinfində Musiqi fənni üzrə açıq dərs təşkil etdi