Monitorinqlərin nəticələri təhlil olunur.

Monitorinqlərin nəticələri təhlil olunur.
Məktəbin illik Fəaliyyət planının 1.1.3. 3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə BŞTİ tərəfindən fevral ayında 9-cu siniflərdə sınaq test imtahanı keçirilmişdir. Buraxılış imtahanlarına uyğun aparılmış monitorinqlərin nəticələri martın 9-da bütün buraxılış sinif şagirdlərinin və onların fənn müəllimlərinin iştirakı ilə müzakirə olundu və oktyabr, noyabr, dekabr, yanvar və fevral aylarında kerçirilən monitorinqlərin nəticələri müqayisəli şəkildə təhlil edildi.