Differensial Diaqnostik Sorğu keçirilmişdir
Differensial Diaqnostik Sorğu keçirilmişdir
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq IX sinif şagirdləri ilə Differensial Diaqnostik Sorğu keçirilmişdir. Sorğunun məqsədi şagirdlərimizin peşəyönümünü qiymətləndirmək və seçdikləri istiqamət üzrə fəaliyyət motivlərini analiz etməkdir. Bu metodikanın əsasını peşə təsnifatı sxemi təşkil edir və həmin təsnifata görə bütün peşələr əməyin predmetinə əsasən 5 qrupa bölünür: “insan –təbiət”, “insan - texnika”, “insan - insan”, “insan – işarələr sistemi”, “insan – bədii obraz”.