BMT-nin 2006-cı ilin uşaqlara qarşı Bullinq haqqında məruzəsində oğlanlara nisbətən qızlara qarşı münasibətdə incitmə, əziyyət vermə, sıxışdırma daha çox qeyd edilir. Məktəblərdə baş verən Bullinq hallarının 80%-i isə 12-16 yaş qrupunda baş verir.

Hər 10 uşaqdan biri məktəbdə zorakılığa məruz qalır. Məktəblərdə fiziki cəzanın qadağan edilməsinə baxmayaraq incitmə, sataşma, qrup şəklində hücumlar geniş yayılıb. Adətən məktəbdə zorakılığa məruz qalmış uşaqlar təcavüzkardan qorxduqları üçün və məktəb müəllimləri və müdiriyyəti tərəfindən neqativ reaksiyalardan qorunmaq üçün belə hallar haqqında xəbər vermək istəmir və ya çəkinirlər.

Məktəb müəllimləri və müdiriyyət Bullinq probleminin və bədən cəzalarının mövcud olmasının gizlədilməsində mühüm rol oynaya bilərlər. Zorakılığın qurbanı istənilən hər bir uşaq ola bilər. Lakin əsasən ya daha zəif və gücsüzü, ya da digərlərindən kəskin fərqlənləri (daha ağıllı, böyük və ya kiçik, ləhcə ilə danışan, bəzi hərflərin tələffüzündə çətinlik çəkənlər) seçirlər. Məktəb psixoloqlarımız şagirdlərimiz ilə Bullinq mövzusunda maarifləndirici tədbirlər keçirir və bu problemdən əziyyət çəkən şagirdlərlə profilaktik görüşlər aparırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi