Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqədilə

Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqədilə "Rəqəmsal bacarıqlar" layihəsi təşkil olunmuşdur.

Layihə Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. "İnformatika" fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir.

Məktəbimizdə də layihə fəaliyyət göstərir və layihə çərçivəsində şagirdlərimiz bir çox yarışmalarda uğurlu nəticələr göstərmişdir.

6d sinif şagirdi Hüseynzadə İnci "Scratch-də cizgi filmi yaradırıq" , "Klaviaturada sürətli yazı" , 7ç sinif şagirdi İsmayılzadə Həsən , Zeynalzadə Hüseyn , 6d sinif şagirdi İsmayılova Fidan , Zülfüqarlı Zəhra "Videobloqqinq" , " Tinkerkard - 3D MODELLƏŞDİRMƏ " , "Fiqmada iş, interfeysin tərtib edilməsi " , "Roblox studio oyunların yaradılması " , "Brend üçün aydentikanın tərtibatı " mövzusunda master klasda iştirak etdiyinə görə Alqoritmika şirkətinin CEO-su Andrey Lobonov tərəfindən təltif ediliblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi