Məktəbimizin oğlanlardan ibarət komandası turnirin qalibi olub

Məktəbimizin oğlanlardan ibarət komandası turnirin qalibi olub

26.12.2022 ci il tarixdə Ramana İdman Mərkəzində Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı,Bakı şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə oktyabr ayından startı verilən "İdmanla sağlam gələcək"devizi altında 2009-2011-ci il təvəllüdlülər arasında keçirilən mini-futbol turnirinin Sabunçu rayon final mərhələsi keçirilmişdir.Ümumilikdə bütün qəsəbələri əhatə edən turnirdə III yeri 311nömrəli məktəb(Sabunçu) tutmuşdur.137nömrəli məktəb(Ramana) və 169 nömrəli məktəb(Bakıxanov) arasında keçən gərgin final oyununda 2:3 hesabı ilə 169 nömrəli məktəb(Bakıxanov) qalib gəlmişdir.Qaliblər Sabunçu rayon icra hakimiyyətinin başçısının müavini Rəna Fərəcova,Sabunçu rayon icra hakimiyyətininin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov,Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev,Bakı şəhər Gənclər və İdman Baş idarəsinin baş məsləhətçisi Cəlil Əlizadə,137 nömrəli məktəbin direktoru Mətanət Abdullayeva və 169 nömrəli məktəbin direktoru İbadov Namiq tərəfindən mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi