BŞTİ tərəfindən 9-cu siniflərdə monitorinq keçirilir.
BŞTİ tərəfindən 9-cu siniflərdə monitorinq keçirilir.
27.12.2022-ci tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 9-cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5-7-cı sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır. Göstərilən dəstəyə görə BŞTİ-nin müvafiq sektorlarının rəhbərliyinə və zəhməti olan bütün əməkdaşlarına təşəkkür edirik.