Konstitusiya gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi

Konstitusiya gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq Konstitusiya gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib.

Tədbirdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının təşəkkül tarixi haqqında ətraflı məlumat verilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.

Çıxış edənlər Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi