Məktəb Pedaqoji Sura iclası kecirildi.

Məktəb Pedaqoji Sura iclası kecirildi. Direktor səlahiyyətlərini yerinə yetirən şəxs L.Fətiyeva İclasda çıxış edərək gündəlik məsələlər elan etdi, reqlamenti müəyyənləşdirdi. Ötən tədris ilinin yekunları barədə ətraflı məlumat verildi. 9-cu siniflərin buraxılış imtahanında əldə edilən nailiyyətləri, TDM-in keçirtdiyi monitorinqin nəticələri, hazırlanmış İnkişaf Planı və qarşıda duran məsələlərə toxundu. Yeni pedaqoji kadrlar kollektivə təqdim edildi, tövsiyə və tapşırıqlar verildi. Məktəbin növbəliliyi, texniki məsələlər, dərsliklərin vəziyyəti barədə məlumatlar Pedaqoji heyətin diqqətinə catdırıldı. Yeni tədris ili 2022/2023 hazırlıq prosesinin qənaətbəxş olduğu vurğulandı. Keçən tədris ilində fəaliyyəti ilə seçilən müəllimlərə təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi