Nümunəvi dərs tədris edildi. 

Nümunəvi dərs tədris edildi. 
Məktəbin fəaliyyət planına uygun olaraq noyabr ayı ibtidai siniflərdə Azərbaycan dili, V-XI siniflərdə Tarix aylığı elan edilib.Bununla əlaqəli olaraq dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir. 
Tarix müəllimi G.Əliyevanın rəhbərliyi ilə 9,,ç'' sinifində ,,Zəfər sənindir Azərbaycan!'' mövzusunda nümunəvi dərs tədris edildi .
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işgal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsidir. 
Şagirdlərd təqdimatları etdikdən sonra Vətənə və Şəhidlərə həsr etdikləri şeirləri səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi