,,Qarabağ Azərbaycandır '' mövzusunda dəyirmi masa keçirildi. 

,,Qarabağ Azərbaycandır '' mövzusunda dəyirmi masa keçirildi. 
Məktəbin fəaliyyət planına əsasən şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə dərslərin tədrisi,dəyirmi masaların və tədbirlərin keçirilməsi davam edir.
Növbəti dəyirmi masa 8,,c'' sinifində İlhamə Hacıyevanın rəhbərliyi ilə ,,Qarabağ Azərbaycandır '' mövzusunda təşkil edildi.
Məqsəd Azərbaycanın şanlı Ordusunun 30 illik işgal tarixinin üzərindən xətt çəkməsi, 2020-ci il 8 noyabr zəfərini yazması oldu. Vətənimizin dilbər guşəsi olan Qarabağ işğaldan azad edildi. Dəyirmi masada Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərə həsr edilmiş təqdimatlar təqdim edildi, seirlər söylənilib,nəğmələr ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi