Ana dili fənni üzrə nümunəvi dərs tədris edildi

Ana dili fənni üzrə nümunəvi dərs tədris edildi.
Məktəbin fəaliyyət planına uygun olaraq 2021-ci ildə Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident Cənab İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ili ,,Nizami Gəncəvi ili'' elan edib. Bununla əlaqəli olaraq məktəbin ibtidai sinif müəllimi Leyli Həşimovanın rəhbərliyi ilə 4,,a'' sinifində,,Nizami Gəncəvi-880'' mövzusunda nümunəvi dərs tədris etdi.
Dərsdə məktəbin direktoru P.Əzimova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri  iştirak etdilər.
Dərsin keçirilməsində məqsəd Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə şagirdləri daha yaxından tanış etməkdir. Şagirdlər Nizami Gəncəvi haqqında məlumat verdikdən sonra, onun əsərlərinə müraciət etdilər. Şairin ,,Kərpickəsən kişinin dastanı'', ,,Fitnə'' əsərlərindən müxtəlif parçalar səsləndirib, səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi