14 iyun tarixində bütün ümumtəhsil məktəblərində ənənəvi Son zəng çalınd
14 iyun tarixində bütün ümumtəhsil məktəblərində ənənəvi Son zəng çalındı. Amma bu dəfəki Son zəngin sədası başqa cür səsləndi- zəfər dolu, qələbə sevincli, mübariz ruhlu ... Məzunlarımız isə qalib ölkənin , zəfər çalmış məmləkətin rəşadətli məzunları oldular.
Azad Azərbaycanımızın gələcək müqəddaratının həllində , ölkəmizin bütün sahələrinin inkişafında rolu olacaq qalib məzunlarımıza müvəffəqiyyətlər diləyir, onlara vətənimizə layiqli övlad olmağı arzulayırıq.
İnanırıq ki, vətənpərvərlik ruhunda tərbiyə etdiyimiz , kifayət qədər potensial gücə malik olan məzunlarımızın səyi nəticəsində ölkəmiz gündən-günə çiçəklənəcək, Azərbaycan adlı Odlar diyarının üçrəngli bayrağı dünyanın hər yerində zirvələrə ucalacaq .