,Onu zaman seçib'' mövzusunda nümunəvi dərs tədris edildi.

,Onu zaman seçib'' mövzusunda nümunəvi dərs tədris edildi.

Ümummili Lider Heydər Əliyevin anadan olmasının 98 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mayın 8-də 2a sinif rəhbəri Sevil Məmmədovanın rəhbərliyi ilə ,,Onu zaman seçib'' mövzusunda distant dərs tədris edildi.

Dərsdə direktor müavinləri iştirak etdilər.

Məqsəd Ümummili Liderin xatirəsini əbədiləşdirmək, Azərbaycan məfkurəsinin geniş təbliği və şagirdlərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.

,,Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam'' söyləyən Heydər Əliyev bütün ömrünü ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.

Şagirdlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin sonsuz fəaliyyəti haqqında çıxışlar etdilər və ona həsr olunmuş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi