Fənn olimpiadalarının ilk mərhələsi distant keçrildi.
Fənn olimpiadalarının ilk mərhələsi distant keçrildi.
Məktəbin fəaliyyət planına uygun olaraq yanvar ayının 16-da fənn olimpiadasının məktəb mərhələsi-bilik yarışı distant olaraq keçrildi. Olimpiadada məktəb rəhbərliyi, nəzarətçi müəllimlər və VIII-XI sinif şagirdləri iştirak etdilər. Fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, cografiya fənləri üzrə distant keçirildi.
Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan maragın artırılması, onların saglam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Qeyd edək ki, bu cür tədbirlər fənn olompiadalarının rayon( şəhər) mərhələsinə hazırlıq xarakteri daşıyır və istedadı ilə fərqlənən şagirdlərin aşkarlanmasında mühüm rol oynayır.