,,Valideynin məktəbdə bir günü''.

,,Valideynin məktəbdə bir günü''.

Valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, valideynlərin bir gün ərzin məktəbin pedoqoji heyəti və texniki işçi heyəti ilə ünsiyyət yaradılması məqsədilə dekabr ayının 13-də ,,Valideynin məktəbdə bir günü'' layihəsi yerinə yetrildi.

Tədbirin rəsmi hissəsini məktəbin direktoru Pərvanə Əzimova açaraq məktəbin 2019-2020-ci tədris ili üçün fəaliyyət istiqamətləri və hədəflərərindən danışaraq gprülən işlərin hesabatını verdi.

Valideynlər gün şrzində I-XI siniflərdə təşkil edilmiş nümunəvi dərslərdə iştirak etdilər.Məktəbimizin adını daşıyan şəhid Nəsimi Rzayevin xatirəsinə hazırlanan guşə ilə, kitabxana ilə, şagirdlərin müxtəlif əl işləri ilə əyani şəkildə tanış oldular.,,Sağlam təhsil'' sinifləri və burada tədris olunan dərslər valideynlər xüsusi olaraq bəyəndilər.

Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri valideynlır tərəfindən alqışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi