Yasamal rayonunda “Mən dünyada müəllimdən yüksək ad tanımıram!" adlı tədbir keçirilib.

  Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə “Mən dünyada müəllimdən yüksək ad tanımıram!” adlı tədbir keçirilib.Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.Tədbirin sonunda bir qrup müəllim heyətinə fəxri fərman və hədiyyələr təqdim edilib.Məktəbin direktoru Taleh Quliyev rayonun ictimai həyatında fəal iştirak etdiyinə,gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə,təhsilin inkişafında göstətdiyi yüksək nəticələrə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi