11.09.2024-cü il tarixində Pedaqoji Şura iclası keçirildi.

 İclası giriş sözü ilə açan məktəbin direktoru Taleh Quliyev iclasın gündəliyində duran məsələlərlə iclas iştirakçılarını tanış etdi.Daha sonra isə yeni dərs ilində qarşıda duran əsas hədəflər haqqında","Metodiki şura və fənn metodbirləşmələrinin təşkili haqqında","2024-2025-ci tədris ilində müəllimlər arasında dərs saatlarının və məktəb rəhbərləri arasında vəzifə bölgülərinin təsdiqi barədə",növbətçi müəllimlərin vəzifəsi,sinif rəhbərlərinin fəaliyyət planlarının təsdiqi və s cari məsələlər məktəbin direktoru tərəfindən məlumatlar geniş müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.İclasda iştirak edən direktor müavinləri də qarşıda duran məsələlər barəsində ətraflı məlumat verdilər.İclasın sonunda məktəbə yeni təyin olunan müəllimlər kollektivə təqdim olundu.Onlar da özləri haqqında məlumat verdikdən sonra müəllim adına xələl gətirmədən işlərini layiqincə yerinə yetirəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi