Nailiyyətlərimiz

2018-ci ilin yazarları24.12.2018-ci il tarixdə məktəbimizin rus bölməsi şagirdləri İnna müəllimin rəhbərliyi ilə "Rossotrudniçestvo" şirkətinin Azərbaycan nümayəndəliyinin təşkil etdiyi" 2018-ci ilin kitab və yazarları" layihəsi çərçivəsində A.S.Puşkinin "Ölmüş şahzadənin nağılı " , " Balıqçı və qızıl balığın nağılı" əsərlərini səhnələşdiriblər. Nümayiş etdirdikləri yüksək səviyyəli oyuna görə məktəbimizin komandası qalib gələrək diplomla təltif ediliblər. Biz də qaliblərimizi təbrik edirik.İnna müəlliməyə isə bir daha təşəkkür edirik ,bu gözəl fəaliyyətini davam etdirməyi , uğurları ilə məktəbimizin adını daima uca tutmağı arzulayırıq.

Fövqəladə hallar uşaqların gözü iləVII sinif şagirdi Vəliyev Fəqan Təhsil və Fövqaladə Hallar nazirlikləri tərəfindən 2018-ci ildə keçirilmiş "Fövqaladə hallar uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsində "Yanğın və qəza-xilasetmə texnikasının modeli" nominasiyasında Respublika üzrə III yerə layiq görülmüşüdür. Fəqan Təhsil Naziri cənab Ceyhun Bayramovun və Fövqaladə hallar naziri cənab Kəmaləddin Heydərovun fəxri fərmanlarına layiq görülmüşdür.

Olimpiada qalibimizMəktəbimizin 9A sinif şagirdi Dünyamalıyev Zeynal Hafiz oğlu Respublika fənn olimiyadalarında Coğrafiya fənni üzrə 2- ci yeri qazanaraq Gümüş medala sahib olub. Zeynalı 165 nömrəli məktəbin kollektivi adından təbrik edir , ona gələcəkdə daha böyük uğurlar əldə etməsini arzulayırıq.

HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin əsası 1930-cu ildə qoyulub. Əvvəllər məktəbdə tədris ancaq rus dilində aparılıb. Hazırda tədris Azərbaycan və rus dillərində aparılır.

 Məktəbin 2 korpusu var. 1-ci əsas korp...

BİZİM FƏXRLƏRİMİZ

Rəhman Hüseynli Əliyar

Zeynal Dünyamalıyev Hafiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi