Fransada Beynəlxalq STEM Olimpiadası keçirilib

   Bu günlərdə Fransanın paytaxtı Parisdə STEM Grand Final proqramı çərçivəsində Beynəlxalq STEM Olimpiadası keçirilib. Olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb. Proqramda Azərbaycanı "Maestro School"un 16 şagirdindən ibarət heyət təmsil edib.Məktəbimizin  9 B sinif şagirdi Nigar Ağamirli ,  kodlaşdırma-proqramlaşdırma fənni üzrə Gümüş medala, Elm üzrə isə   fərqlənmə ilə təltif olunub. Şagirdimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Qeyd edək ki, STEM Grand Final proqramı Beynəlxalq STEM Olimpiada - Elm, Texnologiya, Mühəndislik, Riyyaziyyat üzrə beynəlxalq olimpiadadı. Bu, məktəblilərin ,gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir. "Maestro School"un 16 şagirdi bütün fənlər üzrə yüksək nəticələr göstəriblər. Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər qızıl, gümüş, bürünc medalları və fərqlmə sertifikatlarına layiq görülüblər. 9 qızıl, 23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medalla geri dönən məktəblilərimizin Fransada keçirilən Olimpiadada Azərbaycan bayrağını dalğalandırması qürurvericidir.

https://www.facebook.com/maestroschoolbaku/posts/295604312980297

https://www.aznews.az/news/society/319158.html?fbclid=IwAR20KOwmELxaoA7Y5B2EvhEpBKZOBhuICcUe31wMivBsUqe8qitCI_alc8M

https://operativmm.az/az/post/azerbaycanli-16-sagird-fransada-kecirilen-olimpiadada-yuksek-netice-gosterib/14000

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi