Öz hüquqlarımızı bilməliyik!

     Məktəbimizin Uşaq birliyi rəhbəri Əhmədova Tünzalə və kitabxanaçı müdiri Muradova Nəzakət 20 oktyabr - 20 noyabr 2022-ci il tarixlərdə  "Uşaq hüquqları aylığı" elan edilməsi məqsədi ilə "Öz hüquqlarımızı bilməliyik!" mövzusunda dəyirmi masa keçirdilər.

"Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir.

   Ölkəmiz 20 noyabr 1989-cu ildə qəbul olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla öz üzərinə bir sıra öhdəliklər götürmüş, milli qanunvericilik təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.

Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, hüquqların müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması və bərpası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bu il, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ərəfəsində tərəfimizdən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi