Kimya ilə rənglərin ahəngi

     Elm - obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etmişdir. Ənənəvi olaraq elm dedikdə daha çox fundamental təbiət elmləri (natural science) nəzərdə tutulur. Təbiət elmlərinin əsası kimi elmdə təbiət elmləri – təbiət hadisələri haqqında elm götürülür. Qədim dövrlər və orta əsrlərdə ətraf mühit sadə müşahidə və təsvir yolu ilə öyrənilirdi. Yeni dövrün əvvəllərində təbiətin təsvirlə öyrənilməsi elmi izahla öyrənilməsi ilə əvəz edildi. Nəzəri elmi biliklərlə yanaşı texnoloji inkişaf üçün mühəndislik elminə də (artificial science) ehtiyac yarandı. Bu baxımdan kimya, fizika, biologiya kimi təbiət elmlərinin inkişafı nəticədə kimya mühəndisliyi, biotexnologiya, elektrik-elektronika mühəndisliyi elmlərinin də yaranmasına səbəb oldu. Dövr keçdikcə təbiət elmləri xüsusi elmi istiqamətlərə ayrıldı. Təbiət elmlərini öyrənərkən fizika, kimya və biologiya elmləri arasındakı əlaqənin öyrənilməsi xüsusilə vacibdir. Çünki, bu elmlərin əsas məzmununu təşkil edən bir sıra qabaqcıl elmi fikirlər, məsələn, molekulyar-kinetik nəzəriyyə, elektron nəzəriyyəsi, elektroliz və bir sıra başqa anlayışlar təbiət elmlərində əhəmiyyətli yerə malikdir.

       Məktəbimizin 8-ci sinif şagirdləri STEAM dərsində 4  kimyəvi fəaliyyət göstərərək qırmızı kələm suyuna natrium korbanat, limon turşusu, kalsium xlorid əlavə edərək  müxtəlif rənglər əldə ediblər.

     Prosesin izahı: Qırmızıbaş kələm şirəsi məhlulu qələvi mühitli natrium karbonatla qarışdıqda bənövşəyi rəng göy rəngə çevrilir. Qırmızıbaş kələm şirəsi məhlulu lumon turşusu ilə qarışdıqda bənövşəyi rəng qırmızı rəngə çevrilir. İki müxtəlif mühitli məhlullar qarışdıqda isə turş və qələvi mühit itdiyinə görə məhlul yenidən bənövşəyi rəng alınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi