Möcüzəvi elm

       Elm inkişaf etdikcə təbiət elmləri - yeni daha dəqiq istiqamətlərə bölünür. Məsələn: Fizika: mexanika, molekulyar fizika və istilik, elektrik, maqnetizm, optika, atom; Biologiya: botanika, zoologiya, insanın anatomiyası və fiziologiyası, mikrobiologiya, və s.

Aerodinamika fizika elminin  bir sahəsi olub, hava axınının ölçülməsi, modelləşdirilməsi və ona nəzarəti öyrənir. Hava axınının idarə olunması metrologiya, aeronavtika, tibb, maşınqayırma, inşaat, ekoloji mühəndislik və s. kimi müxtəlif sahələrdə böyük əhəmiyyət kəsb edir.

Hava axını – havanın bir yerdən digər yerə hərəkətidir. Hava axını zamanı hissəciklər təbii olaraq yüksək təzyiqli sahədən daha aşağı təzyiqli sahəyə doğru hərəkət edir. Havanın atmosfer təzyiqi temperaturdan, hündürlükdən və tərkibdən birbaşa asılıdır. Hava axınını ölçmək üçün cihazlar ixtira olumuşdur. Anemometr-adlanan cihaz vasitəsilə hava axınının sürəti və istiqaməti müəyyən edilir. Müxtəlif səbəblərdən (məs: avtomobillərin, təyyarələrin, gəmilərin sınaqdan keçirilməsi, şəhərsalma, müxtəlif inşaat işlərinin görülməsi və s. zamanı) hava axınının modelleşdirilməsi aparılır.

     8- ci sinif şagirdləri STEAM dərsində Qasırğa necə yaranır? sualına cavab tapmaq üçün bir neçə təcrübə aparıblar. Nəticədə şagirdlərə məlum oldu ki, Qasırğanın nüvəsi yerə çatdıqda havanın təzyiqi ani olaraq aşağı enir və küləyin sürəti artır. Beləliklə qasırğa yaranır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi