Bioyaddaş

Texnologiya 1970-ci illərdə ixtira edilmiş və son 30 ildə kənd təsərrüfatı və qida sənayesi, tibb, tədqiqat və əyləncə kimi müxtəlif sahələrdə sürətlə inkişaf etmişdir. 8-ci sinif şagirdləri STEAM dərsində gen mühəndisliyi peşəsiylə tanış olmuş və təcrübələr aparmışlar.

   Genetik mühəndislər soyuğa davamlılığı artırmaq  üçün arktik balıq genlərini pomidor və çiyələklərə yeridirlər. Vegeteryanlar üçün heyvan genləri olan bitkilər çətin qəbul edilə bilər.

Canlılar müxtəlif amillərin təsirindən genetik dəyişikliyə məruz qalırlar. Son dövrlər insanlar tərəfindən müxtəlif məqsədlər üçün canlıların genlərində dəyişikliklər edilir. Bu fəaliyyət genetik mühəndisliyin yaranmasına səbəb oldu. Genetik mühəndislik, bir canlıya müəyyən xüsusiyyətlər vermək üçün canlıların DNT-sində manipulyasiya və ya dəyişdirmə prosesidir. Bəzən canlılarda müxtəlif xəstəliklərə və ya əlilliyə səbəb ola biləcək DNA mutasiyaları olur. DNT, orqanizmin bir hüceyrəsinin içində baş verən hər şeyin planıdır və hər hüceyrədə eyni təlimatların tam bir nüsxəsi vardır. DNT –nin kodlaşdırdığı məlumat yalnız hər bir fərdi bənzərsiz etmir, eyni zamanda oxşar orqanizm qrupları arasında oxşarlığı da təmin etmiş olur.

Genetik mühəndislik, bir orqanizmi və ya orqanizm populyasiyasını dəyişdirmək üçün DNT-nin (yəni zülalların sintezini yönəltməklə təsirlərinə çatan genetik məlumat daşıyıcısı) və ya digər nuklein turşusu molekullarının süni manipulyasiyası, dəyişdirilməsi və rekombinasiyadır. Genetik mühəndislik yolu ilə yaranan orqanizm genetik cəhətdən dəyişdirilmiş orqanizm (GMO) hesab olunur. Gen mühəndisliyinin köməkliyi ilə bir orqanizmin genlərini tamamilə fərqli növə aid olan orqanizmin genləri ilə əvəzlənə bilər. Prosesin nəticəsində orqanizmdə köçürülmüş genlərin daşıdıqları əlamətlər meydana çıxır. Bir çox qida məhsulları və müalicə üsulları gen mühəndisliyinin tətbiqi ilə yaradılmışdır. Məsələn: bitkilərdə qida dəyərliliyinin aryırılması, dadın yaxşılaşdırılması, parazitlərə qarşı dözümlülük bir növün genlərinin digər növə köçürülməsi yolu ilə əldə olunmuşdur. Eyni şəkildə, bir insan geninin maya göbəliyi və bakteriyalarda ifadəsi əczaçılıqda şəkərli diabet xəstələrinin müalicəsi üçün insulin istehsal etməyə imkan verdi. 2020-ci ildə insanlar üçün ağrılı bəzən ölümcül olan qan xəstəliklərindən olan oraqvarı hüceyrə anemiyasına səbəb olan gen mutasiyasının aradan qaldırılması istiqamətində aparılan işlərdə alimlər ilk dəfə olaraq müsbət nəticə əldə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi