Novruz şənliyi

    Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz bayramı Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında təmtəraqla qeyd olunub.
Səbail rayonunda təşkil olunan bayram tədbirində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nin müavinləri, RİHBA-nın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Bayram tədbirində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının artıq ikinci ildir ki, 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.
Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunmuşdur. Tədbirin əvvəlində Vətən müharibəsi qaziləri möhtəşəm Novruz tonqalını alovlandırıblar. Sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Məktəbimizin şagirdi Murad Dadaşovun səsi tədbirdə hamını heyran edib.

http://sabail-ih.gov.az/news/1098.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi