Mülki Müdafiənin təşkili

    1 Mart Ümumdünya Mülki Müdafiə gününün qeyd olunması məqsədilə məktəbin 2019/2020-ci il üçün Mülki Müdafiənin təşkili üzrə Tədbirlər Planı nəzərə alınaraq 28.02.2020-ci il tarixdə “Mülki Müdafiə və ilk yardım” mövzusunda normativlərə uyğun olaraq məktəbin şagird, müəllim və texniki işçilərindən ibarət heyətin iştirakı ilə tədbir keçirildi. Tədbiri məktəbin hərbi müəllimi Sarvan Şirinov şagirdləri ilə birlikdə hazırlamışdır. Həyəcan sıqnalından sonra qısa müddət ərzində heyət təxliyyə olundu və xilasedici, tibbi sanitar, yanğınsöndürmə mühafizə dəstələri öz yerlərini tutdu. Qruplar üzrə Fövqəladə Hallar zamanı normativlər nümayiş etdirildi. Eyni zamanda məktəbin akt zalında müəllim və şagirdlərə fövqəladə hallar zamanı necə davranmaları barədə maarifləndirici film-çarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi