20 Yanvar - milli qürur günümüz

   Yanvarın 19-da 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "20 Yanvar - milli qürur günümüz" mövzusunda ümumməktəb tədbiri keçirildi. Məktəbin tarix müəllimi Sevda Sarıyeva və məktəbin Uşaq birliyi rəhbəri Tünzalə Əhmədova çıxış edərək, həmin gün  milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyindən bəhs etdilər. 8-ci sinif şagirdlərinin hazırladığı bədii kompazisiya dinlənildi. Daha sonra tarixi sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi