STEAM layihəsi – mikrobit, proqramlaşdırma dili

   Məktəbimizin 5 müəllimi Afət İsmayılova,Ülkər Səfərova, Marina Nəzərova ,Gövhər Həsənova və Sayalı Cəfərova dekabr ayında təşkil olunmuş STEAM layihəsinə təlimlərə qoşulmuşdur. Dərslər çox pozitiv və maraqlı şəraitdə keçir.
   Müəllimlərimiz artıq mikrobit ilə kiçik layihələr kodlaşdırırlar. Mikrokompüter bildirişləri göstərən və oyunlarda istifadə oluna bilinən 25 işıq diodu, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr ilə təchiz edilib. Qurğu “Bluetooth LE” simsiz rabitəni dəstəkləyir, “Micro USB” çıxışına və kənar qurğuların qoşulması üçün beş I/O portuna malikdir. Qurğu bir neçə il əvvəl təqdim edilən populyar “Raspberry Pi” mikrokompüterindən 18 dəfə sürətli və 67 dəfə yüngüldür. 
   Kiçik proqramlaşdırma platalarının ilk sahibləri 11-12 yaşlı məktəblilər olacaq. Bununla uşaqların kompüter biliklərinin və yüksək texnologiyalara maraqlarının  artacağına əminik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi