Yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı

Yaz əkin mövsümü ilə əlaqədar, IDEA İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə paytaxt ərazisində yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlamışdır.IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır və təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan artıq ağacın əkilməsinə nail olmuşdur.Bununla əlaqədar bu gün məktəbimizin müəllim,şagird və texniki işçi kollektivinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi.Məktəbin həyətyanı sahəsində 50-dən çox ağac və gül növləri əkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi