Ümumməktəb mitinqi

12 aprel 2016 - cı il tarixində 158 № li tam orta məktəbin şagird və müəllim kollektivinin təşkilatçılığı ilə "Qarabağa azadlıq", "Şəhidlər ölməz, vətən bölünməz", "Heç kəs unudulmur, heç nə yaddan çıxmır", "Qarabağ bizimdir, bizim olacaq", "Hər şey vətən üçün", "Ya Qarabağ, ya ölüm" şüarları altında ümumməktəb mitinqi təşkil olunmuşdur. 04.04.2016 - cı il tarixində şəhid olmuş məktəbin igid məzunu Hacıağayev Cabbarxan İlham oğlunun ruhu anılmışdır. Məktəbin direktoru Ələkbərova Mehriban xanım, məktəbin müəllimləri, eyni zamanda şəhidin valideyni Hacıağayev İlham çıxış edərək şagirdləri rəşadətli, igid olmağa, gənc nəsil olaraq Vətən uğrunda gərək olarsa, candan belə keçməyə hazırlıqlı olmağa səslədilər. Ümumməktəb mitinqi əsgər marşları, hərbi - vətənpərvərlik mahnıları ilə müşayiət olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi