“Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

  158 №-li tam orta məktəbdə Dövlət Müstəqilliyinin 28-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Mehriban Ələkbərova xalqımızın milli stiqlal mübarizəsindən danışaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlanıb. Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçib. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan   Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulandı.

     Müstəqillik günün ilə bağlı video çarxlar izlənildi. Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılar dinlənildi, rəqslərə tamaşa edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi