Məktəbdə “Müəllimlər Günü” münasibəti ilə tədbir keçirildi

     Tədbiri giriş sözü ilə açan 158 №-li tam orta məktəbin direktoru Mehriban Ələkbərova bildirdi ki, sabah hər birimizin həyatında əvəzsiz xidmətləri olan dəyərli müəllimlərimizin peşə bayramıdır. Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə 1966-cı ildə YUNESKO-nun qərarı ilə başlanmışdır. O vaxtdan indiyədək dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllim günü kimi qeyd edilir. Azərbaycanda isə müstəqillik əldə ediləndən sonra bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir. M.Ələkbərova çıxışında qeyd etdi ki, müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.

     Çıxış edən digər natiqlər müəllimin təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşadığını, onun sevinci, kədəri, problemləri ilə birgə olduğunu qeyd etdilər. Xüsusi olaraq qeid edildi ki,  müəllim yalnız sinifdə olduğu dəqiqələri yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.

     Sonda müəllimlərimizin hər birinin bayramını təbrik edərək onlara işlərində nailiyyətlər arzu olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi